Bakı Mühəndislik Universiteti (BMU), İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Marsol Academy”nin birgə təşkilatçılığı ilə bakalavr səviyyəsində təhsil alan tələbələr üçün “Gənclərin Dayanlıqlı Karyera və Sahibkarlıq İnkişafı Forumu” keçiriləcək.
Tədbir zamanı iş dünyasının uğurlu şəxsləri öz təcrübələrini bölüşəcək və biznes yönümlü mövzularda fikir mübadiləsi aparılacaq. Eyni zamanda iştirakçılara iş həyatında olan çətinliklərin öhdəsindən gəlmək, sahibkarlıq bacarıqlarının inkişafı və biznes strategiyalarını kəşf etmək imkanı təqdim olunacaq.
Forumun 5 noyabr saat 14:00-da BMU-nun yeni binasının akt zalında keçirilməsi nəzərdə tutulur.