Azərbaycan Respublikasının Mərkəzi Bankı yüksək potensiallı gəncləri Mərkəzi Bankçılıq ilə yaxından tanış etmək, işə hazırlıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübəni təmin etmək məqsədi ilə “Maliyyəçisən” təcrübə poqramını həyata keçirir. Proqram 2 ay (iyul-avqust) həftədə 5 gün davam edəcək, təcrübə müddətində təqaüd ödəniləcək.
“Maliyyəçisən” 2023-cü il buraxılışı aşağıda qeyd olunan departamentləri əhatə edəcək:
· Pul siyasəti
· Tədqiqatlar
· Statistika
· Valyuta ehtiyatlarının idarə edilməsi
· Maliyyə bazarlarında əməliyyatlar
· Maliyyə sabitliyi
· Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət
· Sığorta fəaliyyətinə dair siyasət və nəzarət
· Nağd pul
· Strateji və layihə idarəedilməsi
· Beynəlxalq əməkdaşlıq və kommunikasiya
· İnformasiya texnologiyaları
· Hüquq
· İnsan resursları
Müraciət üçün son tarix 25 aprel 2023-cü ildir.
Ətraflı məlumat üçün: https://www.cbar.az/page-726/internship-start-your-steps-with-us
Müraciət üçün: https://forms.gle/U982hBSXxRwwZuq16
Gənclər suallarını maliyyecisen@cbar.az elektron ünvanına göndərə