Gənclər üçün 2024-cü il üzrə “Maliyyəçisən” təcrübə proqramı

06 Aprel 2024
Gənclər üçün 2024-cü il üzrə  “Maliyyəçisən” təcrübə proqramı

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən 2024 cü il üzrə  “Maliyyəçisən”  təcrübə proqramına müraciətlərin qəbuluna başlayıb.

Proqram ölkənin yüksək potensiallı gənclərinə biliklərini təkmilləşdirmək və praktiki təcrübələrini artırmaq imkanı təqdim edir.

Mərkəzi bankçılıq sistemi üzrə əvəzsiz təcrübə qazandıracaq bu proqram gənclərə uğurlu karyera yolunda inamla irəliləməyə təkan verəcək. İştirakçılar təcrübə müddəti ərzində seçilən istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə ən mühüm bacarıqlara yiyələnəcək, müxtəlif bankdaxili təlimlərə qatılacaqlar.

Proqramı uğurla bitirən təcrübəçilərə Mərkəzi Bank tərəfindən sertifikat və tövsiyə məktubu təqdim olunacaq.

Proqram ilə bağlı digər detallar:

-      Proqramın müddəti - 2 ay (iyul və avqust ayları)

-      İştirak- həftənin 5 günü

-      Ödəniş - gündəlik yol və qidalanma xərclərini qarşılaya biləcək məbləğdə təqaüd

Təcrübəçilərin seçim mərhələsi

-      Müraciətlərin qəbulu və nəzərdən keçirilməsi

-      Test mərhələsi

-      Qrup müsahibəsi

-      Panel müsahibəsi

Proqram bu il bir çox departamentləri əhatə edir, əsas üstünlüklər və tələblər barədə məlumata keçiddən baxa bilərsiniz.

Kimlər müraciət edə bilər?

Təcrübə proqramına bakalavr pilləsinin 2-ci, 3-cü və 4-cü (və ya sonuncu) kurs tələbələri, magistratura pilləsində təhsil alan tələbələr və son iki ilin bakalavr və magistr məzunları müraciət edə bilər.

Müraciət üçün son tarix hansıdır?

Müraciət üçün son tarix 22 aprel 2024-cü ildir.

Necə müraciət etmək olar?

Müraciətlərin qəbulu yalnız aşağıda qeyd olunan keçid vasitəsilə mümkündür:

Müraciət forması

Əlavə suallarınız yaranarsa maliyyecisen@cbar.az ünvanına müraciət edə bilərsiniz.

Digər elanlar