“UNICO” tikinti şirkəti 2022-ci il üçün “Gələcəyə addım” adlı ödənişli yay təcrübə proqramına start verir.
Proqrama Satınalma, Kommersiya, Dizayn, Memarlıq, Sahə mühəndisliyi, İnşaat mühəndisliyi, Sənaye və mülki tikinti, Bina və qurğuların tikintisinin təşkili və texnologiyası, Şəhərsalma və Tikinti iqtisadiyyatı ixtisaslarında təhsil alan, təhsil göstəriciləri yüksək olan tələbələr müraciət edə bilər. Bununla yanaşı, ən azı 2 dildə (Azərbaycan, rus və ya ingilis dili) sərbəst danışmalı, oxuma-yazma bacarıqlarına malik olmalı və Microsoft Office proqramlarını sərbəst şəkildə istifadə edə bilməlidirlər.
Müraciət üçün internship@unico.az elektron ünvanına CV (Mövzu hissəsində seçilən sahə qeyd olunmalıdır) və 300 sözdən ibarət müraciət məktubu göndərilir. Seçilən namizədlərlə Zoom vasitəsi ilə onlayn müsahibə təşkil olunur. Müsahibədən müvəffəqiyyətlə keçən namizədlər şirkətə dəvət ediləcək və onlara təcrübə proqramlarının gələcək addımları barədə məlumatlar veriləcək.
İyun ayından başlayacaq proqram çərçivəsində tələbələrə müvafiq sahələr üzrə ofis daxili və layihələr çərçivəsində görülən işlər ilə daha da yaxından tanış olmaq və həmin proseslərin gündəlik fəaliyyətində iştirak etmək imkanı yaradılacaq.
Əgər namizədlər ayrı ixtisas üzrə təcrübələrinin keçməsini arzu edərlərsə, müraciət zamanı istəklərini qeyd edə bilərlər.