“Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində “Mentorluq” proqramına qəbul elan edilir.
3 ay davam edəcək proqram çərçivəsində baza bilikləri və ixtisaslaşma proqramı üzrə müxtəlif təlim, ekspert görüşləri, bootcamp və vorkşoplar həyata keçiriləcək.
Mentorluq proqramını uğurla başa vuran şəxslər sertifikatla təltif olunaraq layihənin növbəti mərhələsinə - mentorluq proqramına cəlb ediləcək.
Müraciət üçün son tarix 15 yanvar 2022-ci ildir.
İnnovativ düşüncə tərzinə sahib, yeniliklərə açıq, startap sahəsində məlumatlı, layihə idarəetməsi və mentor-təlimçilik sahəsində təcrübəsi və ya marağı olan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://docs.google.com/forms/d/1O3ZK7SL8aWgs3lEI9ph8rFF3RQtCEzjpC4o9RlBISgU/edit