PAŞA şirkətlər qrupu tərəfindən təşkil olunan “Future Shapers” proqramına qeydiyyata start verilib.
Proqramın məqsədi yüksək potensiallı gəncləri cəlb etmək, onlara yeni karyera və inkişaf imkanları yaratmaqdır.
Proqrama IV kurs bakalavr, magistr tələbələri, eləcə də yeni məzunlar (2020/2021-ci tədris ili) müraciət edə bilər. Qeydiyyat prosesi 5 may 2022-ci il tarixinədək davam edəcək.
Qeydiyyatdan keçən tələbələrdən 300 nəfər seçiləcək və 14 may tarixində keçiriləcək “Açıq qapı” gününə dəvət olunacaq. Onlara PAŞA Holdinq və onun törəmə şirkətlərində olan imkanları, iş mühiti, yeni strateji rollar barədə məlumat veriləcək. Sonra tələbələr İQ, EQ, analitik bacarıqlar və ingilis dili üzrə qabiliyyət imtahanında iştirak edəcəklər. İmtahanda ən yüksək nəticələri göstərmiş 100 nəfər tələbə son mərhələ olan biznes simulasiyaya dəvət ediləcək.
Proqram barədə ətraflı məlumatı www.futureshapers.az saytından əldə etmək mümkündür.