Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının doktorantı Rania Rouggani Merzoukinin “2211.01-Bərk cisimlər fizikası” və “2212.01-Nəzəri fizika” ixtisaslarında fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsinın alınması üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.
Doktorantın müzakirəyə çıxarılan dissertasiya işi “Ultrarelyativistik elektronlar və neytrinolar kristallardan keçərkən neytrino-elektron qarşılıqlı təsirləri” (Neutrino-electron interactions when ultrarelativistic electrons and neutrinos pass through crystals) mövzusuna həsr olunub.
Müzakirələr 27 fevral, 2024-cü il saat 11:00-da (BMU, əsas bina, Tempus otağı) baş tutacaq.