Fəlsəfə doktoru proqramları üzrə doktoranturaya qəbul imtahanları haqqında elan

Fəlsəfə  doktoru proqramları üzrə doktoranturaya qəbul imtahanları haqqında elan

 

Xarici dil imtahanını Dövlət İmtahan Mərkəzində (DİM) müvəffəqiyyətlə verərək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (TMİS) elektron qeydiyyatdan keçmiş və növbəti mərhələyə buraxılmış iddiaçılar üçün “Fəlsəfə” fənni və ixtisaslar üzrə aşağıdakı tarixlərdə qəbul imtahanları keçiriləcəkdir:

“Fəlsəfə” fənni üzrə - 3 sentyabr 2021-ci il, saat 09:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU);

İxtisaslar üzrə - 14 sentyabr 2021-ci il, saat 10:00-da Bakı Mühəndislik Universitetində (BMU).

Əlavə məlumat üçün BMU-nun Magistratura və doktorantura şöbəsinə müraciət edə bilərsiniz.

Tel: (012) 349 99 66 (daxili 1109 ;1111)

 

Digər elanlar