Nəzərinizə çatdırırq ki, 9 oktyabr 2019-cu il tarixində Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) və AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən BMU tələbələri üçün AMEA-nın struktur bölmələrinə daxil olan institutlarda və Yüksək Texnologiyalar Parkında (YTP) müxtəlif rezident laboratoriyalarında gənc mühəndis kimi işləmək, həm də təcrübə qazanmaq imkanı yaradılmışdır. Bununla bağlı BMU-nun tələbələri arasında seçim müsabiqəsi elan edilir. Müsabiqənin seçimi AMEA və YTP mütəxəssisləri tərəfindən keçiriləcək.
Qeydiyyat və əlavə məlumat üçün Texnoparkda yerləşən İnnovasiya Mərkəzinə (204 nömrəli otağa) müraciət edə bilərsiniz.