Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək

23-24 noyabr 2021-ci il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçiriləcək. 

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilən konfrans gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və  onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə keçirilir.

Konfransın istiqamətləri aşağıdakılardır:

- Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);

- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);

- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat). 

Qeyd edək ki, konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində fəlsəfə doktorları proqramı üzrə  təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən  əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər. Konfrans iştirakçıları ali təhsil müəssisələri tərəfindən seçilir. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər.
 

Doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Digər elanlar