İyun ayının 25-də saat 11:00-da Bakı Mühəndislik Universitetində (BMU) 3338.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ixtisas fənnindən doktorluq imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar iyun ayının 15-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının ərizəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- iddiaçı BMU-nun doktorantı (dissertantı) olmadığı halda onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.
İmtahan qaydaları haqqında əlavə məlumat almaq istəyənlər BMU-nun “Magistratura və doktorantura” şöbəsinə müraciət edə bilərlər.
Əlaqə: (012) 349 99 66/67 daxili (1109);
e-mail: doktorantura@beu.edu.az