17.06.2025-ci il tarixində (saat 11:00) Bakı Mühəndislik Universitetində (BMU) 3338.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün texnika sahəsində ali təhsili olmayan iddiaçıların dissertasiyasının profili üzrə “Texnikanın əsasları” ümumelmi fənnindən fərq imtahanı keçiriləcək.
İmtahanda iştirak etmək istəyən doktorant və dissertantlar may ayının 30-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının ərizəsi;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- iddiaçı BMU-nun doktorantı (dissertantı) olmadığı halda onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu;
İmtahan qaydaları haqqında əlavə məlumat almaq istəyənlər BMU-nun Magistratura və doktorantura şöbəsinə müraciət edə bilərlər.
Əlaqə: (012) 349 99 66/67 daxili (1109);
E-mail: doktorantura@beu.edu.az