Doktorant və dissertantların nəzərinə!

03 Dekabr 2021
Doktorant və  dissertantların nəzərinə!

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci il dekabrın 13-dək doktorantura, həmçinin dissertanturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil fənni üzrə fəlsəfə doktoru üzrə imtahanda iştirak etməsi üçün namizədlərin qeydiyyatını həyata keçirəcək.

Bu müddət ərzində namizədlər fəlsəfə doktoru imtahanı vermək üçün DİM-in internet saytında (http://dim.gov.az/) “Şəxsi kabinetin yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və imtahanda iştirak etmək üçün qeydiyyatdan (link dekabrın 13-dək aktivdir) keçməlidirlər.

Daha ətraflı məlumatı aşağıdakı linklərə daxil olmaqla əldə etmək mümkündür:

https://eservices.dim.gov.az/ERIZEDOK/Erize/

http://dim.gov.az/news/7495/

Digər elanlar