“Distant tədris prosesində diqqət və konsentrasiyanın əhəmiyyəti” mövzusunda təlim keçiriləcək

11 Mart 2021
“Distant tədris prosesində diqqət və konsentrasiyanın əhəmiyyəti” mövzusunda təlim keçiriləcək

 

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə növbəti təlim keçiriləcək.

“Distant tədris prosesində diqqət və konsentrasiyanın əhəmiyyəti” mövzusunda baş tutacaq tədbir BMU-nun tələbələri üçün nəzərdə tutulub.  

Təlim  BMU-nun Pedaqogika kafedrasının baş müəllimi, psixoloq Hüseyn Xəlilov tərəfindən aparılacaq.

13 mart 2021-ci il tarixində saat 12:00-da başlayacaq tədbirə https://meet.google.com/zht-fyog-gto linki vasitəsilə qoşulmaq mümkündür.

Qeyd edək ki, Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi semestr ərzində universitetin əməkdaşları, müəllimləri və tələbələri üçün müxtəlif mövzularda təlimlər təşkil edəcək.

 

Digər elanlar