Data Analitikası və Kibertəhlükəsizlik Analitiki peşəkar sertifikatını əldə etmək imkanı

Data Analitikası və Kibertəhlükəsizlik Analitiki peşəkar sertifikatını əldə etmək imkanı

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və onların bacarığının artırılması məqsədilə “IBM Cybersecurity Analyst Professional Certificate” and “Google Data Analytics Professional Certificate” peşəkar inkişaf proqramları çərçivəsində 150 nəfərin qeyd olunan kurslarda iştirakını maliyyələşdirir. Layihə Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən həyata keçiriləcək.

Ümumilikdə 6 ay ərzində Coursera onlayn təhsil platforması üzərindən təklif olunacaq peşəkar sertifikat proqramlarında SOCAR Midstream Sosial Sərmayələr komandası və icraçı təşkilat tərəfindən seçiləcək 150 nəfər (75 nəfər data analitikası, 75 nəfər kibertəhlükəsizlik üzrə) tam ödənişsiz iştirak etmək şansı əldə edəcək.

İştirakçıların seçim prosesi iki mərhələdə aparılacaq. Layihədə iştirak etməkdə maraqlı olan namizədlər ilkin mərhələdə CV və ingilis dilində qısa niyyət məktubu (150-200 söz) ilə cari ilin avqust ayının 15-dək müraciət etməlidir. Müraciət üçün link - https://tinyurl.com/57j5fafb (qeyd: Google hesabı açılmalıdır). İkinci mərhələdə seçilmiş namizədlər ingilis dili və seçmək istədiyi sahəyə uyğun təməl bilikləri ölçən imtahanda iştirak edəcəkdir. İmtahandan uğurla keçən şəxslər layihədə iştirak etməyə haqq qazanacaqdır.

Layihədə 18-40 yaş istənilən sahə üzrə şəxslər iştirak edə bilərlər. Dərslər tamamilə onlayn formada, Coursera onlayn təhsil platforması üzərindən keçiriləcək. Layihədə iştirak etmək hüququ qazanmış şəxslərə istifadəçi adı və kodu təqdim ediləcək. İştirakçı hər həftə 8-10 saat təlimdə iştirak etməlidir. Dərs saatlarını iştirakçı özünə uyğun olaraq təyin edəcək. Təlimlər 6 ay müddətində (başlama tarixi: 01.09.2021- bitmə tarixi: 28.02.2022) davam edəcək.

İştirakçıların kurs materiallarını tam şəkildə mənimsəməsi və proqramı müvəffəqiyyətlə başa vurması üçün hər mövzu üzrə bir yerli təlimçi/mütəxəssis tərəfindən davamlı onlayn dəstək görüşləri keçiriləcək. Təlimi uğurlar bitirmiş şəxslər hər proqram üzrə müvafiq olaraq Google tərəfindən Data Analitikası və IBM tərəfindən Kibertəhlükəsizlik Analitiki peşəkar sertifikatını əldə edəcəklər. Layihənin sonunda uğurlu iştirakçıların məşğulluq imkanlarının artırılması məqsədilə əmək yarmarkasının təşkil olunması da nəzərdə tutulub.

Layihə ilə bağlı sualları itpcapplicationform@gmail.com elektron poçtuna göndərə bilərsiniz.

Digər elanlar