“CAMPAİGNers” layihəsi ilə bağlı məlumatlandırma tədbiri keçiriləcək

14 Dekabr 2022
“CAMPAİGNers” layihəsi ilə bağlı  məlumatlandırma tədbiri keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) “Horizon 2020” Proqramı çərçivəsində reallaşdırılan “CAMPAİGNers” layihəsi ilə bağlı  məlumatlandırma tədbiri keçiriləcək.  

İqlim dəyişikliyi və onun təsirlərini tədqiq edən “CAMPAIGNers” - (Məqsədlərin müəyyənləşdirilməsi şəbəkəsinin fəal şəkildə tətbiqi ilə təsirlərin azaldılması yolları üzrə hərəkət edən vətəndaşlar) tədqiqat və innovasiya layihəsidir.

Qeyd edək ki, iqlim dəyişikliyi və onun təsirləri, eləcə də bu təsirlərdən irəli gələn yeni həyat tərzinin mənimsənilməsi yolu ilə ətraf mühitin qorunmasını təşviq edən “CAMPAİGNers” layihəsinin 15 fərqli ölkədən 30-dan çox tərəfdaşı mövcuddur.

BMU-nun da tərəfdaşı olduğu layihə Avropa Birliyinin maliyyə dəstəyi və Avstriyanın “Johannes Kepler” Universitetinin Enerji İnstitutunun koordinatorluğu ilə həyata keçirilir.

Layihə çərçivəsində irəli sürülən təbliğat proseslərini kütləviləşdirmək məqsədilə “Climate CAMPAİGNers” adlı mobil tətbiq də hazırlanır.

Layihə haqqında ətraflı məlumat almaq istəyənləri 16 dekabr, saat 12:00-da (BMU-nun İİBF binası, 419 nömrəli salon) tədbirdə iştirak etməyə dəvət edirik.

Tədbirin gündəliyi:

Saat 12:00-12:10 - Dos. Pərviz Həsənov: ““CAMPAİGNers” layihəsinin icrasında BMU-nun rolu”

Saat 12:10-12:20 - Dos. İsa Qasımov: ““CAMPAİGNers” layihəsinin formalaşması və qlobal aktuallığı”

Saat 12:20-12:50 - PhD. Etibar Qəhramanov: ““CAMPAİGNers layihəsi çərçivəsində görülən işlər və  “Climate CAMPAİGNers” adlı mobil tətbiq”

Saat 12:50-13:00 - Müzakirə

 

Digər elanlar