Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Portuqaliyanın Bragança Politexnik İnstitutu 2021/2022-ci tədris ilinin qış semestri üçün müsabiqə elan edir.
Tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq imkanı əldə edə bilərlər. Müsabiqədə magistratura dərəcəsinin Mühəndislik, Memarlıq və inşaat fakültələrinin tələbələri iştirak edə bilər.
İlk seçim mərhələsi Erasmus+ KA1 mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri onlayn formada aşağıdakı təqdim olunan link vasitəsilə göndərməlidirlər:
1. Transkript (ümumi ortalama 85+);
2. Tədris planı;
3. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);
4. Motivasiya məktubu;
5. Tövsiyə məktubu;
6. Tərcümeyi-hal (CV).
Qeyd: Müraciət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş olunur. Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.
Sənədləri 12.11.2021-ci il tarixinə kimi qeydiyyat (https://forms.gle/
Əlavə sual yaranarsa, BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (email:nalakbarova@beu.edu.az ).