BP xanım tələbələr üçün təqaüd proqramı elan edir

11 Mart 2024
BP xanım tələbələr üçün təqaüd proqramı elan edir

BP şirkəti mühəndislik sahəsində təhsil alan xanım tələbələr üçün 2024-cü il üzrə təqaüd proqramı elan edir.

Azərbaycanda gələcəyin qadın mühəndislərinin bacarıqlarını gücləndirmək və onları ruhlandırmaq məqsədi daşıyan poqrama müxtəlif mühəndislik ixtisasları üzrə təhsil alan II və III kurs tələbələri müraciət edə bilərlər.

Maraqlanan şəxslər https://go.bp.com/Zikqw linki üzərindən qeydiyyatdan keçməlidirlər.

Müraciətlər 15 aprel 2024-cü il tarixinədək qəbul edilir.

Digər elanlar