BP şirkəti 2022-ci il üçün Məzunların işə qəbulu və növbəti təcrübə proqramına başlayır.
Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2023-cü ildə bitirəcək bütün tələbələr aşağıdakı ixtisaslar üzrə 2022-ci il təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər:
· Mexanika mühəndisliyi
· Proseslərin avtomatlaşdırılması mühəndisliyi
· Elektrik mühəndisliyi
· Neft və rezervuar mühəndisliyi
· Biznesin təşkili və idarə edilməsi
· Kimya mühəndisliyi
· Geologiya
· Mühasibatlıq
· Boru mühəndisliyi
· Maliyyə
· İnşaat mühəndisliyi
· Geofizika
· Kommersiya
· Mədən/Metallurgiya
· Biostratiqrafiya
· İqtisadiyyat
· Proses mühəndisliyi
· Yerşünaslıq
· Verilənlər haqqında elm (Data Science)
2020, 2021, 2022-ci illərin bakalavr və magistr məzunları isə 2022-ci il məzunların işə qəbul proqramı üçün aşağıdakı ixtisaslar üzrə ərizələrini təqdim etmək imkanına malikdirlər:
· Biostratiqrafiya
· Kommersiya
· Neft-qaz və rezervuar mühəndisliyi
· Yer elmləri
· İqtisadiyyat
· Geologiya
· Verilənlər haqqında elm (Data Science)
· Boru kəməri mühəndisliyi
· Biznesin təşkili və idarə edilməsi
· Mühasibatlıq
· Geofizika
· Maliyyə
Məzunların işə qəbulu və təcrübə proqramları ilə bağlı daha ətraflı məlumatı https://www.bp.com/en/global/corporate/careers/students-and-graduates/locations/azerbaijan.html linkindən əldə etmək mümkündür.
Müraciət üçün son tarix 31 yanvar 2022-ci ildir.