BP şirkəti Gələcəyin Qadın İstedadları təqaüd proqramını elan edir

11 Aprel 2022
BP şirkəti Gələcəyin Qadın İstedadları təqaüd proqramını elan edir

BP şirkəti Gələcəyin Qadın İstedadları təqaüd proqramını elan edir. Proqram insanlar və planetimiz üçün enerji məsələsini yenidən nəzərdən keçirmək, gələcək sənaye innovatorlarını uğur qazanmaq naminə ruhlandırmaq və onları dəstəkləmək məqsədi daşıyır.  

Təqaüd proqramı 2024-cü ilin iyun ayında məzun olacaq qız tələbələr (Azərbaycan Respublikası vətəndaşı) üçün nəzərdə tutulub. Proqram bakalavr təhsilində inkişafı dəstəkləməklə yanaşı, şirkət tərəfindən geniş imkanlar, bir sıra bilik və bacarıqlar əldə etmək imkanı təqdim  edir.

Neft və rezervuar mühəndisliyi, Geologiya, Geofizika və yerşünaslıq, Qazma mühəndisliyi, Sənaye, Layihə, Mexanika, Kimya, Avtomatlaşdırma, Elektrik, İnşaat, Yeraltı qurğular, Boru mühəndisliyi sahələrini əhatə edən proqrama https://go.bp.com/a7z25 linkinə daxil olmaqla və ya QR kodu skan etməklə müraciət etmək mümkündür.

Müraciətlər üçün son tarix 3 may 2022-ci ildir. 

Digər elanlar