BP Azerbaijan 2026-cı il üçün Early Careers və Early Engagement proqramlarının başladığını elan edir. Bu proqramlar subsurface və wells, mühəndislik və biznes sahələrində karyera qurmaq istəyən tələbələr və məzunlar üçün nəzərdə tutulub.
Kimlər müraciət edə bilər?
2026-cı il məzunları üçün:
· Proseslərin avtomatlaşdırılması (Process Automation)
· Mexanika mühəndisliyi (Mechanical Engineering)
· Boru kəmərləri mühəndisliyi (Pipeline Engineering)
· İnşaat mühəndisliyi (Civil Engineering)
2027-ci il məzunları üçün:
· Elektrik mühəndisliyi (Electrical Engineering)
· Mexanika mühəndisliyi (Mechanical Engineering)
· İnşaat mühəndisliyi (Civil Engineering)
· Kimya mühəndisliyi (Chemical Engineering)
· Robototexnika / Mekatronika mühəndisliyi (Robotic/Mechatronic Engineering)
· Proseslərin avtomatlaşdırılması (Process Automation)
· Maliyyə və iqtisadiyyat (Finance and Economics)
2028-ci il məzunları üçün (Discovery Week):
· Mexanika mühəndisliyi (Mechanical Engineering)
· Robototexnika / Mekatronika mühəndisliyi (Robotic/Mechatronic Engineering)
Ümumi tələblər:
· Uyğun bakalavr və/və ya magistr dərəcəsi
· Azərbaycan vətəndaşlığı
· Minimum 75% (və ya CGPA 2.5) orta göstərici
Müraciət üçün son tarix: 5 dekabr 2025
Insight Day tədbiri:
Proqramlar barədə daha ətraflı məlumat almaq və bp nümayəndələri ilə görüşmək üçün Insight Day tədbirinə qoşulun.
Radisson Hotel (Dan Ulduzu zalı)
Xaricdə təhsil alan və ya şəxsən iştirak edə bilməyən tələbələr üçün onlayn sessiyalar keçiriləcək.
Qeydiyyat və müraciət üçün: https://go.bp.com/Fa4eg
Bu fürsəti qaçırmayın-karyeranızı bp ilə başlayın!