Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsinə qəbul olunan namizədlər iyulun 15-dən 26-dək https://portal.edu.az/ platformasından qeydiyyatdan keçərək, tələb olunan sənədləri sistemə yüklədikdən sonra aşağıda göstərilən sənədləri Universitetə təqdim etməklə müqavilə bağlamalıdırlar:
1. Diplomun notarial qaydada təsdiq edilmiş surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər) – 1 nüsxə;
2. Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış – 1 nüsxə;
3. Şəxsiyyət vəsiqəsinin surəti – 3 nüsxə;
4. 3x4 ölçüdə rəngli fotoşəkil - 4 ədəd;
5. Hərbi biletin və hərbi xidmətdə olmayanlar üçün çağırış vəsiqəsinin (ağ bilet) surəti (bütün səhifələrin surətini çıxarmaqla) – 1 nüsxə;
6. Ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil alanlar üçün) surəti – 1 nüsxə;
7. Müqavilə BMU-nun Magistratura və doktorantura şöbəsində rəsmiləşdirilir;
İmtiyazlı (təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək) bakalavrlar tərəfindən əlavə olaraq tələb olunan sənədlər:
1. Məcburi köçkünlər.
- Bakalavrın şəxsiyyət vəsiqəsinin surəti;
- Bakalavrın məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (2022-ci ilin möhürü ilə);
2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları.
- Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti və əlilliyi olan valideynin şəxsiyyət vəsiqəsinin surəti;
- Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri.
- Ailə üzvünün şəhid olmasını təsdiq edən sənədin (ölüm haqqında şəhadətnamə) notarial qaydada təsdiq edilmiş surəti;
- Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
- Bakalavrın şəhid ailəsi üzvü olduğunu təsdiq edən vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti.
Qeyd: "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" AR qanununun 1-ci maddəsinə əsasən, şəhid ailəsinin üzvləri hesab edilən şəxslər bunlardır:
Peşə təhsili, orta ixtisas təhsili,ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar (Ər-arvad, valideyn, övladları, qardaşlar və bacılar) isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək (ən çoxu 23 yaşına çatanadək);
4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş və ya bir valideyni vəfat etmiş, digər valideyni isə I və ya II dərəcə əlil olan 23 yaşınadək şəxslər.
- Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- Valideynlərdən birinin vəfat etdiyini təsdiq edən sənədin, digər valideynin isə I yaxud II dərəcə əlil olduğunu təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti;
- Valideynin şəxsiyyət vəsiqəsinin surəti;
- Bakalavrın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
5. I və II dərəcə əlilliyi olan şəxslər.
- Bakalavrın şəxsiyyət vəsiqəsinin surəti;
- Bakalavrın əlilliyini təsdiq edən sənədin (elektron sistemdən çıxarış) notarial qaydada təsdiq edilmiş surəti.
Daha ətraflı məlumat üçün:
BMU Magistratura və doktorantura şöbəsi
E-poçt: magistratura@beu.edu.az