BMU və KOBSKA-nın birgə təşkilatçılığı Karyera Sərgisi keçiriləcək

12 Dekabr 2023
BMU və KOBSKA-nın birgə təşkilatçılığı Karyera Sərgisi keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) birgə təşkilatçılığı Karyera Sərgisi keçiriləcək. 

Sərgidə tələbələr və məzunlar üçün iş, təcrübə imkanları, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmaq imkanı yaradılacaq.

Tədbirdə Azərbaycanın nüfuzlu 50-dən çox dövlət və özəl müəssisələri ümumilikdə 1000-ə yaxın aktiv vakansiya və təcrübə proqramlarını elan edəcəklər. 

14 dekabr 2023-cü il saat 10:00-14:00 tarixində sizi BMU-nun Yeni binasında təşkil olunacaq “Karyera Sərgisi”ində  iştirak etməyə dəvət edirik.

Qeyd:  Qeydiyyatdan keçməyən şəxslər universitet ərazisinə daxil ola bilməyəcək. (Hazırda universitetdə oxuyan tələblər üçün qeydiyyatdan keçməyə ehtiyac yoxdur )

Qeydiyyat linki : https://forms.gle/zWVuiSEGe1h2GsgLA

Sərgidə iştirak edəcək müəssisələrin siyahısı ilə aşağıda tanış ola bilərsiniz:Qalareya şəkilini seçin

Digər elanlar