BMU və Çinin Texnologiya Universiteti birgə seminar keçirəcək

25 May 2021
BMU və Çinin Texnologiya Universiteti birgə seminar keçirəcək

Bakı Mühəndislik Universitetində (BMU) Çinin Qinqdao Texnologiya Universitetində təqaüdlü magistr təhsili haqqında onlayn seminar keçiriləcək.  

26 may 2021-ci il tarixində saat 10:00-da baş tutacaq seminarda (https://www.facebook.com/iro.beu.edu.az) təqaüdlü magistr təhsili, həmçinin qəbul şərtləri və sənədləri, iki illik təhsil müddətində (onlayn-2021/2022-ci illərdə və əyani-2022/2023-cü illərdə) tədris olunacaq mövzular, gələcəkdə PhD/Doktorantura və iş imkanları haqqında ətraflı məlumat veriləcək.

Qeyd edək ki, 24 aprel 2021-ci ildə BMU ilə Çinin Qinqdao Texnologiya Universiteti (http://english.qtech.edu.cn) arasında Anlaşma Memeorandumu (MoU) imzalanıb. Memoranduma əsasən BMU-nun İnşaat mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbələri və əvvəlki illərdə məzun olanlar üçün təqaüdlü İnşaat mühəndisliyi ixtisası üzrə magistr təhsili təklif edilir. Belə ki, 5 nəfər üçün tam – 100%-li təqaüd, 5 nəfər üçün isə yarı - 50%-li təqaüd nəzərdə tutulub.

Sözügedən universitet Azərbaycanda ilk dəfə BMU ilə Anlaşma Memorandumu imzalayıb.

Digər elanlar