Bakı Mühəndislik Universitetinin (BMU) “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Polşanın Vroslav Biznes Universiteti 2024/2025-ci tədris ilinin payız semestri üçün yeni çağırış elan edir.
Bakalvriat səviyyəsi üzrə təhsil alan tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq imkanı əldə edə bilərlər.
İlk seçim mərhələsində “Erasmus+ KA1” mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri onlayn formada aşağıda təqdim olunan link vasitəsilə göndərməlidirlər:
1. Transkript (ümumi ortalama 85+);
2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);
3. Motivasiya məktubu;
4. Tövsiyə məktubu;
5. Tərcümeyi-hal (CV);
6. AKTS - Avropa kredit transferi və yığım sistemi Tanınma vərəqi.
Qeyd: Müracət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş olunur. Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.
İngilis dilində tədris olunan proqramlar aşağıdakı siyahıda qeyd olunub:
Subjects to choose at WAB |
ECTS points |
Communication |
4 |
Enterpreneurship |
3 |
Marketing reaserch |
4 |
Organizational behaviour |
3 |
Intelectual property protection |
2 |
Internet tools in business |
2 |
Data analysis |
2 |
English in tourism and leisure |
5 |
Suistanable tourism development |
2 |
Business tourism |
2 |
Cultural tourism - its core, condition and trends |
2 |
Culinary tourism |
2 |
IT technology in business |
4 |
Practical aspects of digital electronics |
2 |
English in IT |
3 |
Sənədlər 03.05.2024-cü il tarixinə kimi təqdim olunan qeydiyyat (https://forms.gle/9NG7KY13etBykxCW7) linkinə yüklənilməlidir.
Əlavə sual yaranarsa, Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinə (İBF binası 423-cü otaq, email: iro@beu.edu.az ) müraciət edə bilərsiniz.