BMU tələbələri və məzunları üçün bankda təcrübə proqramı

29 Yanvar 2020
BMU tələbələri və məzunları üçün bankda təcrübə proqramı

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri və məzunları üçün Kapital Bank “IT təcrübə” proqramı elan edir. Proqrama Kompüter elmləri, İnformasiya texnologiyaları sahəsi üzrə ali təhsilin son kursunda təhsil alan tələbələri və ya məzunları müraciət edə bilər.

Namizədə qoyulan tələblər aşağıdakılardır:

-         Proqram təminatı inkişafının dövranını anlamaq;

-         Proqram konfiqurasiyasının idarə edilməsi və dəyişikliklərin idarə edilməsi üsullarını bilmək;

-         C#, Java, MS SQL, PL/SQL, PgPL/SQL, Templating; Code Testing proqramları ilə işləmək bacarıqlarını inkişaf etdirmək imkanı;

-         Ünsiyyət qurma bacarığı;

-         Komandada işləmək həvəsi.

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “IT təcrübə” qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.

Digər elanlar