Bakı Mühəndislik Universitetinin (BMU) “Erasmus+ KA1” mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Polşanın Vroslav Biznes Universiteti 2024/2025-ci tədris ilinin ikinci semestri üçün yeni çağırış elan edir.
Bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq imkanı əldə edə bilərlər.
İlk seçim mərhələsində “Erasmus+ KA1” mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri onlayn formada aşağıda təqdim olunan link vasitəsilə göndərməlidirlər:
1. Transkript (ümumi ortalama 85+);
2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);
3. Motivasiya məktubu;
4. Tövsiyə məktubu;
5. Tərcümeyi-hal (CV);
6. AKTS - Avropa kredit transferi və yığım sistemi tanınma vərəqi.
Qeyd: Müraciət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş olunur. Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.
İngilis dilində tədris olunan proqramlar aşağıdakı siyahıda qeyd olunub:
Sənədlər 29.10.2024-cü il tarixinə kimi təqdim olunan qeydiyyat (https://forms.gle/FRGfuFeo2XidQTod6 ) linkinə yüklənilməlidir.
Əlavə sual yaranarsa, Beynəlxalq əməkdaşlıq və layihələrin idarəolunması şöbəsinə (email: iro@beu.edu.az ) müraciət edə bilərsiniz.