Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin gələcək karyera həyatına töhfə vermək üçün HRcell şirkəti ödənişsiz “Tələbə inkişaf təlimləri” təşkil edir.
BMU-nun III və IV kurs bakalavr və magistr tələbələri üçün nəzərdə tutulmuş təlimdə iştirakçılar öz potensialına uyğun karyera istiqaməti seçmək, həmin karyera istiqaməti üzrə ilkin bilik və bacarıqları təkmilləşdirmək, həmçinin iş dünyasına daha rahat inteqrasiya etməyin yollarını öyrənmək imkanı əldə edəcəklər.
Təlimlər BMU-nun əsas binasının akt zalında keçiriləcək. 3 mərhələli təlimin 1-ci günü “CV-lərin hazırlanması qaydaları”na (29 noyabr-14:00) , 2-ci günü “Müsahibə və müsahibələrdə iştirak” mövzusuna (2 dekabr -14:00) , 3-cü günü isə “Karyera planlaması”na (3 dekabr -14:00) həsr olunur.
Qeydiyyatdan keçmək üçün linkə daxil olmaq lazımdır.