Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün PROES MMC şirkəti ödənişli təcrübə proqramı elan edir.
Təcrübəyə alınma zamanı namizədlər İQ testinə əsasən yoxlanılacaq və bu mərhələ əsas mərhələ hesab olunur. Digər mərhələdə müsahibə ediləcək namizədlərin intizamlı olmağı və insani keyfiyyətləri nəzərə alınacaq. Təcrübəyə alınan namizəd tam olaraq öyrədiləcək və sonda uğurlu olarsa iş təklifi ediləcək.
3 aylıq sınaq müddətində namizədlər öz noutbuku ilə işləyəcək. İşə götürüldükdən sonra şirkət kompüteri ilə təmin ediləcək.
Namizədlər üçün dil bilikləri və AUTOCAD, REVİT proqramlarını bilmək tələb olunmur, amma bilmək üstünlük sayılır. Bununla yanaşı, Excel proqramında işləyə bilmək də üstünlüklər sırasındadır.
Təcrübə proqramına hazırda 4-cü kursda oxuyan və ya yeni məzun olan, eyni zamanda dərsləri axşam olan magistr tələbələri may ayının 30-na kimi müraciət edə (e.bashirli@proes.az) bilərlər. Başlıqsız və kontent hissəsi olmayan müraciətlərin nəzərə alınmayacağı müraciət zamanı xüsusi diqqət etməli olunan məqamdır. Seçiləcək namizədin layihələndirmə bölməsində işləyəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, PROES MMC şirkəti obyektlərin isitmə soyutma, ventilyasiya-kondisionerləşdirmə, yanğın, qazanxana və s. bölmələrinin layihələndirilməsini və quraşdırılmasını həyata keçirir.