BMU tələbələri üçün “Mühəndislər üçün biznes təhsili” layihəsində iştirak etmək fürsəti

26 Aprel 2022
BMU tələbələri üçün “Mühəndislər üçün biznes təhsili” layihəsində iştirak etmək fürsəti

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilir.

Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan tələbələr, o cümlədən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri bu kursdan yararlana bilərlər.

Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram tam olaraq ingilis dilində aparılacaq v və xərclər BANM-ın hesabınadır.

Tələbələr proqrama qoşulmaqla biznes sahəsində bilik və bacarıqlara yiyələnəcək, praktiki məşğələlərdə iştirak edəcək, BANM-ın ən qabaqcıl və beynəlxalq sertifikatlı heyətindən təhsil alacaq, proqramın sonunda sertifikat ilə təmin ediləcək. Bununla yanaşı, BP və digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi və müzakirə imkanları da nəzərdə tutulur.

Təlimlər may ayının ilk 2 həftəsi ərzində BANM-ın Xətai korpusunda əyani formada təşkil ediləcək.

Proqrama Prezentasiya və kommunikasiya bacarıqları, Layihə idarəetməsi, Vaxtın idarəedilməsi və səmərəlilik, Risklərin idarəedilməsi, Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş, İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik modulları daxildir.

Proqrama yalnız mühəndislik ixtisasları üzrə hazırda təhsil alan 3-cü, 4-cü və 5-ci kurs tələbələri, ingilis dili bacarıqları yüksək olan tələbələr müraciət edə bilər.

Qeydiyyat üçün ərizə forması (https://bit.ly/3Mmr347)CV [email protected] elektron ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix 28 aprel 2022-ci ildir.

Yerlərin məhdud olduğunu nəzərə alaraq tezliklə qeydiyyatdan keçməyiniz tövsiyə olunur. Proqrama qəbul olan tələbələrə 30 aprel 2022-ci il tarixinədək məlumat veriləcək.

Əlavə suallar yaranarsa, aşağıdakı ünvana müraciət edə bilərsiniz:

e-mail: [email protected]

Telefon: +994508433071

Digər elanlar