Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Turin Politexnik Universiteti 2024/2025-ci tədris ilinin yaz semestri üçün yeni çağırış elan edir.
Tələbələr sözügedən universitetdə bir semestrlik təhsil almaq fürsəti əldə edə bilərlər.
Müsabiqəyə bakalavr və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr qatılmaq imkanına malikdir.
İlk seçim mərhələsində Erasmus+ KA1 mübadilə proqramında iştirak etmək istəyənlər tələb olunan sənədləri online formada aşağıdakı link vasitəsilə göndərməlidirlər:
1. Transkript (ümumi ortalama 80+);
2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir);
3. Motivasiya məktubu;
4. Tövsiyə məktubu;
5. Tərcümeyi-hal (CV);
6. AKTS - Avropa kredit transferi və yığım sistemi Tanınma vərəqi.
Qeyd: müraciət etməzdən əvvəl mütləq dərslərin uyğunluğuna baxmağınız xahiş olunur. Sənədlər ingilis dilində hazırlanıb təqdim edilməlidir.
İngilis dilində tədris edilən proqramlar aşağıdakı linkdə qeyd olunub:
Bachelor degree programs: https://www.polito.it/en/education/bachelor-s-degree-programmes
Master degree programs: https://www.polito.it/en/education/master-s-degree-programmes
Sənədləri 07.01.2025-cü il tarixinə kimi təqdim edilən qeydiyyat (https://forms.gle/UFu4rP1BT66KriAY9) linkinə daxil olaraq yükləməyiniz xahiş edilir. Əlavə sual yaranarsa, Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (email: iro@beu.edu.az).