BMU-nun yataqxanalarına qeydiyyatla bağlı məlumat

06 Sentyabr 2023
BMU-nun yataqxanalarına qeydiyyatla bağlı məlumat

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin yataqxana qeydiyyatı onlayn formada  6 sentyabr tarixindən həyata keçiriləcək.

 

Tələbələr müvafiq məlumatları qeyd olunan elektron poçt ünvanlarına (oğlanlar yataqxanası - rmikayilov@beu.edu.az qızlar yataqxanası - tqulamova@beu.edu.az) göndərməlidirlər:

·        ad, soyad, ata adı;

·        fakültə və kurs;

·        faktiki yaşayış ünvanı;

·        əlaqə nömrəsi.

 

   Məlumat üçün bildirək ki, yataqxanaya yerləşdirmə zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü (hər 2 valideynini itirmiş, hər hansı valideyn himayəsindən məhrum, şəhid ailəsi, Qarabağ əlili ailəsi və s.) olan tələbələrə üstünlük veriləcək.

 

     Əlavə məlumat üçün əlaqə vasitələri:

 

·       oğlanlar yataqxanası: (050) 430 09 79

·       qızlar yataqxanası: (055) 809 57 77

Digər elanlar