Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin yataqxana qeydiyyatı onlayn formada 2-12 sentyabr 2022-ci il tarixlərində saat 12:00-dan 17:00-dək həyata keçiriləcək.
Tələbələr müvafiq məlumatları qeyd olunan müvafiq elektron poçt ünvanlarına (oğlanlar yataqxanası - rmikayilov@beu.edu.az qızlar yataqxanası - tqulamova@beu.edu.az) göndərməlidirlər:
· Ad, soyad, ata adı;
· Fakültə və kurs;
· Faktiki yaşayış ünvanı;
· Əlaqə nömrəsi;
· COVİD -19 pasportu (18 yaşı tamam olmuş tələbələr üçün)
Məlumat üçün bildirək ki, yataqxanaya yerləşdirmə zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü (hər 2 valideynini itirmiş, hər hansı valideyn himayəsindən məhrum, şəhid ailəsi, Qarabağ əlili ailəsi və s.) olan tələbələrə üstünlük veriləcək.
Əlavə məlumat üçün əlaqə vasitələri:
Oğlanlar yataqxanası: (050) 430 09 79
Qızlar yataqxanası: (055) 809 57 77