BMU-nun tələbə və məzunları üçün "Sabahın gücü" İnkişaf Proqramına start verilir

20 Fevral 2024
BMU-nun tələbə və məzunları üçün "Sabahın gücü" İnkişaf Proqramına start verilir

Bakı Mühəndislik Universitetinin (BMU) sonuncu kurs bakalavr,  magistr tələbələri və son 2 ilin məzunları üçün "Sabahın gücü" İnkişaf Proqramına start verilir.

STP Şirkətlər Qrupu tərəfindən həyata keçirilən ödənişli proqramda iştirak etmək üçün təcrübəçilər müsahibə yolu ilə seçiləcək.

Proqram Mexanika mühəndisliyi, Elektrik ve elektronika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Energetika mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarında təhsil alan şəxslər üçün nəzərdə tutulur.

Maraqlananlar müvafiq (https://forms.gle/AcJHJvy9gkiqRomf8link)  vasitəsilə qeydiyyatdan keçməklə, ilkin seçim mərhələsində iştirak edə bilərlər. İştirakçılar onlara uyğun olan aşağıdakı saat aralığını formada qeyd etməlidirlər.

Seçim mərhələsinin keçiriləcəyi tarix və saat: 23 fevral, saat 10:00-17:00

 Ünvan: BMU, Yeni bina, otaq 211

Proqram haqqında qısa məlumat:

“Sabahın Gücü” İnkişaf Proqramının məqsədi ölkəmizdə sənaye sektoru üçün mühəndisliyin bir çox istiqamətləri və texniki sahələrdə ixtisaslı mütəxəssislər yetişdirməkdir. Müvafiq sahə üzrə ilkin bilik və bacarıqlara sahib olan, sənaye istehsalında karyera qurmağa maraqlı gənc kadrlar seçilərək nəzəri və praktiki biliklərə yiyələnib, qabaqcıl təcrübə ilə tanış olurlar. Proqramın artıq ilk 43 məzunu vardır və sevindirici haldır ki, onlardan 5-i BMU tələbələridir.

Digər elanlar