BMU-nun professor-müəllim heyətinin nəzərinə!

09 Fevral 2021
BMU-nun professor-müəllim heyətinin nəzərinə!

Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Sapienza Universiteti professor-müəllim heyəti üçün bir həftəlik mübadilə müsabiqəsi elan edir. Müsabiqə 2021/2022-ci tədris ili üçün nəzərdə tutulub. BMU-nun akademik heyəti sözügedən universitetin (https://www.uniroma1.it/en/pagina/faculties) istənilən fakültəsinə müraciət edə bilər.

Sənədlərin qəbulu üçün son tarix 5 mart 2021-ci ildir.

Müsabiqəyə təqdim olunan namizədlər aşağıdakı seçim tələblərinə uyğun müəyyən olunacaq:

          ·        BMU-nun tam ştatda çalışan müəllimi olması BMU-da ingilis dilində tədris etməsi;

·        Tərcümeyi-hal (CV);

·        Gedəcəyi universitetdə nəzərdə tutulan tədris proqramının məzmunu (Content of the teaching programme);

·        Motivasiya məktubu;

·        Nəşrlərin siyahısı.

Qeyd: Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.  

Əlavə sual yarandığı halda, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya (email: [email protected]) müraciət edə bilərsiniz.

Digər elanlar