BMU-nun professor-müəllim heyətinin nəzərinə!

11 Noyabr 2020
BMU-nun professor-müəllim heyətinin nəzərinə!

Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 (107) mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Portuqaliyanın Braqança Universiteti akademik mübadilə proqramı üçün müsabiqə elan edir. 

Belə ki, sözügedən universitet Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ KA1(107) proqramı çərçivəsində BMU-nun professor-müəllim heyətini də bir semestrlik (2020/2021-ci tədris ili ərzində 17/02/2021-ci ildən 17/07/2021-ci ilədək ya 2021/2022-ci tədris ili ərzində 06/09/2021-ci ildən 06/02/2022-ci ilədək) akademik mübadilə proqramında iştirak etməyə dəvət edir.

Müsabiqədə iştirak etmək üçün BMU-nun tam ştat müəllimi olan və təqdim olunan (http://www.ipb.pt/go/x098) linkdən 10.12.2020-ci il tarixinə kimi qeydiyyatdan keçənlər, həmçinin CV və motivasiya məktubunu onlayn anket vasitəsilə göndərməklə cari müsabiqədə iştirak edə bilərlər.

Erasmus+ KA1 (107) akademik mübadilə proqramında iştirak etmək hüququ qazanacaq olanlar aşağıdakı uyğun sahələrin birində bir semestr ərzində dərs keçə bilərlər:

1.   Art and Design

2.     Audiovisual Photography

3.     Audiovisual Sound Design

4.     Biomedical Laboratory Sciences

5.     Electrical and Electronic Engineering

6.     Management

7.     Informatics

8.     Marketing-Advertising Communication

9.     Portuguese Language and Portuguese Speaking Countries

10.        Veterinary

11.        Dietetics and Nutrition

12.        Oenology and Viticulture

13.        Pharmacy

Qeyd edək ki, yerlər məhduddur və uyğun namizədlərin seçimlərini Portuqaliyanın Braqança Universiteti özü aparır. Sənədlərin qeydiyyatı üçün son tarix 10.12.2020-ci il müəyyən edilmişdir.

Portuqaliyanın Braqança Universiteti haqqında daha ətraflı məlumat əldə etmək üçün bu linkdən (http://portal3.ipb.pt/index.php/en/ipben/home) istifadə etmək olar.

Əlavə sual yaranarsa, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı və BMU-nun Erasmus+ KA1 (107) proqramı üzrə koordinatoru Nərmin Ələkbərovaya (e-mail: nalakbarova@beu.edu.az) müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 349 9966/67 (daxili nömrə: 2423)

Fax: (+994 12) 349 9990/91

E-mail: iro@beu.edu.az

Web: www.beu.edu.az

Digər elanlar