BMU-nun professor-müəllim heyətinin nəzərinə!

22 Sentyabr 2021
BMU-nun professor-müəllim heyətinin nəzərinə!

Bakı Mühəndislik Universitetinin (BMU)  Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Sapienza Universiteti professor-müəllim heyəti üçün bir həftəlik mübadilə müsabiqəsi elan edir.

Müsabiqə 2021/2022-ci tədris ili üçün nəzərdə tutulub. BMU-nun akademik heyəti sözügedən universitetin (https://www.uniroma1.it/en/pagina/faculties) istənilən fakültəsinə müraciət edə bilər.

Sənəd qəbulu üçün son tarix 05.10.2021-ci ildir.

Müsabiqəyə təqdim olunan namizədlər aşağıdakı seçim tələblərinə uyğun müəyyən olunacaq:

        · BMU-nun tam ştatda çalışan müəllimi olması;

        · BMU-da ingilis dilində tədris etməsi;

        · Tərcümeyi-hal (CV);

        · Gedəcəyi universitetdə nəzərdə tutulan tədris proqramının məzmunu (Content of the teaching programme);

        · Motivasiya məktubu;

        · Nəşrlərin siyahısı.

Qeyd: Tələb olunan sənədlər ingilis dilində hazırlanıb təqdim olunmalıdır.

Əlavə sual yarandığı halda BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (e-mail: [email protected]).

Digər elanlar