Bakı Mühəndislik Universitetinin (BMU) Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi İtaliyanın Torino Politexnik Universiteti 2021/2022-ci tədris ilinin ikinci semestri üçün müsabiqə elan edir. Müsabiqədə BMU-nun bakalavr, magistr və doktorant tələbələri iştirak edə bilərlər. Proqram çərçivəsində 2 təqaüdsüz yer ayrılıb.
Müsabiqənin ilk mərhələsində Erasmus+ KA1 mübadilə proqramında iştirak etmək üçün lazımi sənədlər aşağıda qeyd olunub:
1. Transkript (ingilis dilində və ümumi ortalama balı 85+ olanlar müraciət edə bilər)
2. Beynəlxalq dil sertifikatı (ingilis dilində tədris alanlara şamil edilmir)
3. Motivasiya məktubu (ingilis dilində hazırlanmalıdır)
4. Tövsiyə məktubu (ingilis dilində hazırlanmalıdır)
Sənədləri 15 noyabr 2021-ci il tarixinə kimi nalakabrova@beu.edu.az e-mail adresinə göndərməyiniz xahiş olunur.
İtaliyanın Torino Politexnik Universitetində tədris olunan dərslər barəsində ətraflı məlumatı https://didattica.polito.it/offerta/index_en.html linkinə daxil olaraq əldə etmək mümkündür.
Əlavə sual yarandığı halda BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin əməkdaşı Nərmin Ələkbərovaya müraciət edə bilərsiniz (e-mail: nalakbarova@beu.edu.az).