Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi silsilə təlimlərə start verir. Semestr ərzində və müxtəlif mövzularda təşkil olunacaq təlimlər universitetin əməkdaşları, müəllim və tələbələr üçün nəzərdə tutulub.
Müəllimlər üçün nəzərdə tutulan ilk təlim “Distant tədris prosesində öyrətmə və öyrənmə psixologiyası” adlanır. Tədbir BMU-nun Pedaqogika kafedrasının baş müəllimi, psixoloq Hüseyn Xəlilov tərəfindən aparılacaq.
6 mart 2021-ci il tarixində saat 12:00-da başlayacaq təlimə https://meet.google.com/zht-fyog-gto linki vasitəsilə qoşulmaq mümkündür.