BMU məzunları ilə görüş keçiriləcək

26 Aprel 2024
BMU məzunları ilə görüş keçiriləcək

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə məzunlarla tələbələrin görüşü keçiriləcək.

“MəzunTalks 2024” layihəsi çərçivəsində təşkil olunan görüşdə Mühəndislik fakültəsinin ölkənin nüfuzlu şirkətlərində çalışan 5 məzunu tələbələrə öz təcrübələri, nailiyyətləri haqda məlumat verəcək.

30.04.2024 tarixində saat 14:00-da baş tutacaq tədbirdə iştirak üçün qeydiyyat linki: https://forms.gle/FbtUd5VU6pyYCMaB9

Ünvan: Bakı Mühəndislik Universiteti, Yeni bina, Akt zalı.

Digər elanlar