BMU “İşsiz məzun qalmasın!” adlı yeni layihəyə başlayır

26 Sentyabr 2022
BMU “İşsiz məzun qalmasın!” adlı yeni layihəyə başlayır

Bakı Mühəndislik Universiteti (BMU) məzunlarının işsizlik problemlərinin həlli ilə bağlı yeni proqram hazırlayıb. Bu proqrama uyğun olaraq, Universitetin Müəssisələrlə Əlaqələr və Karyera departamenti “İşsiz məzun qalmasın!” adı altında yeni layihəyə başlayır.

Layihə yalnız BMU-nun bakalavr və magistr pilləsindən məzun olan şəxslər üçün nəzərdə tutulub. Layihədə iştirak etmək üçün müvafiq link üzərindən qeydiyyatdan keçmək tələb olunur:  https://forms.gle/w5YTYKHtRhWLUP8n7

Sorğuda iştirak üçün son müraciət tarixi 7 oktyabr, 2022-ci il tarixi müəyyənləşdirilib.

Layihənin əsas məqsədi BMU məzunlarının işsizlik problemlərinin səbəblərini üzə çıxartmaq və işsizlik probleminin həlli yolunda onlara kömək etməkdir. Bunun üçün tələbələr sorğuda iştirak edərək, iş tapmaq yolunda qarşılarında duran əsas maneələr haqqında departamentə məlumat verməlidirlər.

Sorğuya qatılan iş axtaran məzunların işsizlik səbəbləri öyrəniləcək və analiz ediləcək. Analizin nəticəsinə uyğun olaraq məzunlarla universitetdə görüşlər, müxtəlif təlim və seminarlar keçiriləcək (CV hazırlama və müsahibə qaydalarına hazırlıq, Bədən dili, özünü təqdim etmə bacarıqları və s.)

Bundan başqa, Dövlət Məşğulluq Xidməti ilə birgə məzunların vakant yerlər üzrə yerləşdirilməsi üçün məzunlarla məşğulluq xidmətinin əməkdaşları arasında görüşlər təşkil ediləcək. Məzunların işlə təmin edilməsi məqsədi ilə universitetdə əmək yarmarkası keçiriləcək və hal hazırda müəssisələrdə olan aktiv vakansiyalar birbaşa məzunlara təqdim olunacaq.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər elanlar