“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində 2021/2022-ci tədris ili üçün “Elektronika mühəndisliyi” ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbula start verilir.
Proqram Cənubi Koreyanın İnha universiteti ilə birgə BMU tərəfindən icra edilir. Proqram 3+1 modelinə əsaslanaraq 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İnha Universitetində tədrisi nəzərdə tutur.
Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.
Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat pilləsi üzrə) nəticələri və İnha Universitetinin seçimi əsasında aparılır. Seçim nəticəsində 25 nəfər tələbə “Elektronika mühəndisliyi” ixtisası üzrə təhsil almaq hüququ qazanacaqdır.
Ətraflı məlumatı elandan əldə edə bilərsiniz.