BMU-İNHA İkili Diplom Proqramı “Proqram katibi” vakansiyası üzrə işə qəbul həyata keçirir

27 Sentyabr 2022
BMU-İNHA İkili Diplom Proqramı “Proqram katibi” vakansiyası üzrə işə qəbul həyata keçirir

Bakı Mühəndislik Universiteti (BMU) və Koreyanın İNHA Universitetinin birgə həyata keçirdiyi İkili Diplom Proqramı “Proqram katibi” vakansiyası üzrə işə qəbul elan edir.

“Proqram katibi” vəzifəsinin icrası BMU-İNHA beyləlxalq ikili diplom proqramı çərçivəsində proqrama / universitet rəhbərliyinə proqrama aid olan məsələlər barədə Rəhbər Komitəyə məlumat vermək, müntəzəm hesabatların hazırlanmasını həyata keçirmək, layihə qrupu və digər maraqlı tərəflərlə şəffaf və effektiv iş əlaqələri saxlamaq, layihə qrupu üçün bütün sənədlərin qeydiyyatı və izlənilməsi, uyğun və rahat sənədləşmə sistemini təmin etmək, iclas protokollarını tərtib edib, qeydlər apararaq icraçı və layihə qruplarına təqdim etmək, proqramın məqsədlərini dəstəkləyən və həyata keçirən gündəlik əməliyyatları koordinasiya etmək ilə bağlı vəzifələri həyata keçirməkdən ibarətdir.

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adı göstərilməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Vakansiya haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

Son müraciət tarixi: 12.10.2022-ci il

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

BMU-İNHA İDP haqqında

“BMU-İNHA İDP” Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın inkişaf etmiş ən nüfuzlu universitetlərdən biri olan İNHA Universitetinin birgə iştirakı ilə həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində artıq üç ildir ki, BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə ikili diplom proqramı icra olunur.

İDP çərçivəsində “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə keyfiyyətli kadr hazırlığı həyata keçirilir.

3 il Azərbaycanda və 1 il Cənubi Koreyada oxumaqla, təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən 2 bakalavr diplomu təqdim edilir.

BMU-İNHA İkili Diplom Proqramı haqqında daha ətraflı məlumat:

http://ddp.beu.edu.az/az

https://beu.edu.az/az

https://dp.edu.az/az/content/56

 

Digər elanlar