BMU-İNHA İkili Diplom Proqramı iki vakansiya üzrə işə qəbul həyata keçirir:
- Tədris işləri üzrə mütəxəssis
- Tələbələrlə iş üzrə mütəxəssis
Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adı göstərilməklə beu-inha@beu.edu.az elektron poçt ünvanına göndərməlidirlər.
Son müraciət tarixi: 20.07.2022-ci il
Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.
BMU-İNHA İDP haqqında
“BMU-İNHA İDP” Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın inkişaf etmiş ən nüfuzlu universitetlərdən biri olan İNHA Universitetinin birgə iştirakı ilə həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təstiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində artıq üç ildir ki, BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə ikili diplom proqramı icra olunur.
İDP çərçivəsində “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə keyfiyyətli kadr hazırlığı həyata keçirilir.
3 il Azərbaycanda və 1 il Cənubi Koreyada oxumaqla, təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən 2 bakalavr diplomu təqdim edilir.
BMU-İNHA İDP 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Belə ki, tələbələrin tam təhsil haqqı, Cənubi Koreyada 1 illik təhsil xərcləri, Cənubi Koreyada 3 həftəlik yay məktəbində iştirak xərcləri, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri və habelə qeydiyyat xərci “2019-2023 Dövlət Proqramı” çərçivəsində AR Dövlət Neft Fondu tərəfindən qarşılanır.
BMU-İNHA İkili Diplom Proqramı haqqında daha ətraflı məlumat: