BMU-İNHA İDP ilə bağlı canlı məlumat sessiyası

15 May 2023
BMU-İNHA İDP ilə bağlı canlı məlumat sessiyası

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramı barədə maarufləndirmə işləri davam etdirilir. Bu çərçivədə proqramın təklif etdiyi imkanlar haqda daha dolğun informasiya almaq üçün 16 may saat 15:00-da BMU-nun rəsmi feysbuk səhifəsi üzərindən baş tutacaq canlı məlumat sessiyamıza qatıla bilərsiniz.

Sessiya zamanı proqram üzrə ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün qəbulu həyata keçirilən ixtisaslar, qəbul balları və s. barədə məlumat veriləcək, suallar cavablandırılacaq.

 

Digər elanlar