BMU-İNHA İDP ilə bağlı “Açıq qapı” günü təşkil olunacaq

18 May 2023
BMU-İNHA İDP ilə bağlı “Açıq qapı” günü təşkil olunacaq

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (IDP) barədə maarifləndirmə işlərinin davamı olaraq, 23 may saat 11:00-da “Açıq qapı” günü keçiriləcək.

Sessiya zamanı proqram üzrə ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün qəbulu həyata keçirilən ixtisaslar, qəbul balları, Koreya Respublikasındakı təhsil prosesi və s. barədə məlumat veriləcək, suallar cavablandırılacaq.

Qeyd edək ki, görüş BMU-da baş tutacaq və abituriyentlər universitetin tədris binaları, laboratoriya və avadanlıqları ilə tanış olmaq imkanı əldə edəcəklər.

“Açıq qapı” günündə iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir.

Qeydiyyat linki: https://forms.gle/guaPHcfzJqK6FKVS6

 

Digər elanlar