BMU ilə Pakistanın universiteti arasında ilk beynəlxalq onlayn seminar

19 Avqust 2020
BMU ilə Pakistanın universiteti arasında ilk beynəlxalq onlayn seminar

Bakı Mühəndislik Universitetinin (BMU) və Pakistanın (Karaçi) Sir Syed Mühəndislik və Texnologiya Universiteti arasında imzalanmış anlaşma memorandumuna əsasən adıçəkilən universitetlərin Riyaziyyat kafedraları birgə beynəlxalq onlayn elmi seminar təşkil edəcək.

Seminarın məramı iki universitet arasında əməkdaşlıq imkanlarının müzakirəsi və onların həyata keçirilməsi yollarına həsr olunacaq.

27 avqust 2020-ci il tarixində saat 14:00-da keçiriləcək “Riyaziyyatda sərhədlər” adlı seminarda  BMU-nun Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev “Spektral analizin düz və tərs məsələləri”, Sir Syed Mühəndislik və Texnologiya Universitetinin Riyaziyyat kafedrasının müdiri, professor Rəşid Kamal Ansari isə “Modulların təsnifatında bəzi funksiyalar və onların rolu” mövzularında  çıxış edəcəklər.

Seminarda iştirak etmək istəyənlər BMU-nun Riyaziyyat kafedrasının müəlliməsi Süheyla Bəhlulzadə (subahlulzada@beu.edu.az) ilə əlaqə saxlaya bilərlər. 

Digər elanlar