AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ
aşağıdakı fakültə və kafedralar üzrə boş olan vəzifələri tutmaq üçün
MÜSABİQƏ ELAN EDİR
Dekan, kafedra müdiri və professor vəzifəsini tutmaq üçün:
Fakültə və kafedralar |
Vəzifələr |
Yerlər |
İnformasiya və kompüter texnologiyaları fakültəsi |
Dekan |
1 |
Mühəndislik fakültəsi |
Dekan |
1 |
Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrası |
Kafedra müdiri |
1 |
İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası |
Kafedra müdiri |
1 |
Biznesin idarə edilməsi kafedrası |
Kafedra müdiri |
1 |
Maliyyə və mühasibat kafedrası |
Kafedra müdiri |
1 |
Qida və biotexnologiya kafedrası |
Kafedra müdiri |
1 |
Kimya mühəndisliyi kafedrası |
Kafedra müdiri |
1 |
Avtomatika, telekommunikasiya və energetika kafedrası |
Professor |
1 |
Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq seçkinin elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:
1. Kadrlar uçotunun şəxsi vərəqəsi;
2. Tərcümeyi-hal;
3. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
4. Elmi və elmi-metodiki işlərin siyahısı;
5. Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Qeyd: Müsabiqə elan olunan müəssisədə çalısan namizədlər isə qeyd olunan siyahıdakı 3,4,5-ci bəndlərdəki sənədləri təqdim edir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Xirdalan şəhəri, H.Əliyev küçəsi №120, AZ0101, Abşeron, Azərbaycan
Əlavə məlumat üçün:
Tel: +994(012) 349-99-66/67+Daxili nömrə: (1113, 1115, 1117, 1155, 1504)
Fax: (+99412) 349-99-90/91
e-mail: info@beu.edu.az web sayt: www.beu.edu.az
REKTORLUQ