BMU-da “Uşaq Universiteti” layihəsinə start verilir

09 İyul 2021
BMU-da “Uşaq Universiteti” layihəsinə start verilir

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı (DTKT) Mərkəzi  uşaqların maraq və istedadları istiqamətində onların inkişafı və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə start verilən “Uşaq Universiteti” layihəsi çərçivəsində həyata keçiriləcək “Yay tətili proqramı”nı elan edir.

BMU əməkdaşlarının övladları üçün ödənişsiz olaraq nəzərdə tutulan proqramda uşaqlar üçün “Kodlaşdırma”, “Təbiət elmləri” və “Ssenari müəllifliyi” sahələri üzrə onlayn məşğələlər keçiriləcək. Proqram 12-13 iyul 2021-ci il tarixlərində onlayn formada təşkil olunacaq.

Digər elanlar