BMU-da SOCAR-ın “Gənc İstedadlar Proqramı 2026” ilə bağlı infosessiya keçiriləcək

13 Oktyabr 2025
BMU-da SOCAR-ın “Gənc İstedadlar Proqramı 2026” ilə bağlı infosessiya keçiriləcək

Bakı Mühəndislik Universitetində (BMU) SOCAR-ın “Gənc İstedadlar Proqramı 2026” ilə bağlı infosessiya keçiriləcək. Tədbirdə proqramla bağlı ətraflı məlumat veriləcək və iştirakçıların sualları cavablandırılacaq.

İnfosessiya haqqında məlumat:

Tarix: 15 oktyabr 2025
Saat: 14:00
Yer: BMU Əsas bina, Akt zalı

Hədəf auditoriya:

·  Bakalavr: 4-cü kurs tələbələri

·  Magistratura: bütün kurs tələbələri

·  Məzunlar: son 3 ilin məzunları

Qeyd edək ki, SOCAR-ın “Gənc İstedadlar Proqramı 2026” üçün qeydiyyat prosesi açıq elan edilib. Proqram çərçivəsində iştirakçılara aşağıdakı imkanlar təqdim olunur:

·  Real iş mühitində təcrübə

·  Peşəkar mentorlardan öyrənmə

·  Müxtəlif layihələrdə iştirak

·  Şəxsi və peşəkar inkişaf üçün təlimlər

·  Zəngin elektron öyrənmə platformalarından istifadə

·  Müxtəlifliyin və inklüzivliyin təmin olunduğu korporativ mühit

·  Proqram müddətində aylıq ödəniş

·  Təcrübə göstəricilərinə əsasən SOCAR-da işə qəbul imkanı

Vakant təcrübə istiqamətləri:

·  İnsan resursları (Qarabağ, Xaçmaz, Lənkəran, Naxçıvan)

·  İqtisadiyyat

·  Satınalma, təchizat və logistika

·  Ekologiya

·  İnşaat / Təmir-tikinti

·  Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi

·  Proseslərin avtomatlaşdırılması mühəndisliyi

·  Mexanika mühəndisliyi

·  Energetika mühəndisliyi

·  Kimya mühəndisliyi

·  Geologiya

·  Neft-qaz mühəndisliyi

Ətraflı məlumat və müraciət üçün:

https://lnkd.in/dPmwGD4

Digər elanlar